Dərmanın forması: Dəri üçün istifadə olunan toz, baytarçılıqdan istifadə olunur.
Farmakoterapevtik qrupu:
Ektoparazit, insektoakarizit vasitə.
Hədəf növü: Ev heyvanları, quşlar.
İstehsalçı ölkə: Bioteks, Gürcüstan.
Tərkibi: 1 q-dan ibarətdir: 5% deltametrin 0,02 q, bor turşusu-0,05q.
İstifadə qaydaları
Ev heyvanları və quşların hər növ parazitlərdən dişləyicilər, gənələrdən, birə və digər həşəratların məhvi üçün istifadə olunur.
Qablaşdırma forması
50 q polietilen flakonda və 500 q gümüş rəngi polietilen paketdə.
İstifadə qaydası və dozalar
Insektoakarazit tozunu heyvanın yaralandığı yerə səpin yaxud vəziyyət ağırdırsa bədəninin hər yerinə səpin və əl ilə masaj edin. 1-2 dəqiqə ərzində, quşların isə qanadlarının altına tökün, döş nahiyyəsinə və qulaqlarının ətrafına tökün. Mualicə məqsədi ilə 3 həftə ərzində heyvan beləcə dərmanlanır. Profilaktika üçün ayda 1 dəfə istifadə olunur.
Saxlama şərtləri:
Preparat quru, işıqdan qorunmuş 25°C dərəcədən çox olmayan temperaturda saxlanılır.
Yararlılıq müddəti: 1 il.