Dərmanın forması: Məlhəm dəri üçün, baytarçılıqda istifadə olunur.
Farmakoterapevtik qrupu: Antiparazit, insektoakarisit vasitə.
Hədəf növü: İt, pişik, tüklü heyvanlar, dovşan.
İstehsalçı ölkə: Bioteks, Gürcüstan.
Tərkibi: 1q mazdan ibarətdir: İvermektin, 0,5 ml.
İstifadə qaydaları
İtlərin, pişiklərin, tüklü heyvanların və dovşanların akarozları (notoedroz, sarqoptoz, otodekoz, demodekoz və s.), entomozlar (pelikoloz, trixodektoz, linoqnatoz, ktenosepaloz və s.) müalicəsi üçün istifadə olunur.
Qablaşdırma forması: 20q polietilen flakonunda.
İstifadə qaydası və dozalar
Məlhəm dəri üçün istifadə olunur 0,2-0,3 q, 1-3 sm-ə, dəridə zərər çəkmiş yerə məlhəm parazitlərə qarşı 7-10 gün ara verərərək 2 dəfə sürtülür. Lazım gələrsə bu müalicə kursu təkrarlana bilər.
Saxlama şərtləri
İşıqdan qorunmuş 25°C çox olmayan temperaturda saxlanılır.
Yararlılıq müddəti: 2 il.