Menbuton 10%

Dərman forması: İnyeksiya məhlulu, baytarçılıqda istifadə olunur.
 


Farmakoterapik qrup: Qidanı həzm edən sistemə təsir edən vasitə. Mədə fəaliyyəti və iştah artıran vasitə.
 


Hədəf növü: Mal-qara, qoyun, keçi, at, it.
 


İstehsalçı ölkə: ADWIA , Misir.
 


Tərkibi:
1 ml inyeksiya məhlulundan ibarətdir: Menbuton 100mq.
 


İstifadə göstərişləri

 


Preparat qida həzmində və ona bənzər hallarda çətinlik çəkən hər növ ev heyvanları üzərində istifadə olunur. İştah oyadıcı vasitə kimi istifadə olunur.
 


Mal-qara, qoyun, keçi:

 


Qida həzmi sisteminin ilkin pozulması:


Əlavə qida qəbulundan sonra istifadə olunur. Asan hazırlanan karbohidratlar (Süd turşusu, asidoz), çirklənmiş yaxud sıradan çıxmiş qidaların (Ruminant pozulması) və həmçinin qida rasiyonu və dietlər zamanı tez dəyişiklər. Mədənin ən böyük hissəsinin boşalıb yüklənməsi, köpməsi və bərkiməsi zamanı istifadə olunur.
 

Qida həzmi sisteminin ikinci dəfə pozulması:


Əməliyyatdan sonra qidalanmanın normal həzminin  bərpası məqsədi ilə, maddələr mübadiləsinin dərindən pozulması (inəklərdə asedonemiya, qoyun ketanuru). Öd ifrazının təkanı ilə bağırsaq funksiyasını tənzimləmək (Yardımçı terapiya kimi fassiola müayinəsi).


At:


Qida həzmi pozulduqda, çox yağlı qidaların qəbulu zamanı, bərkimə, bağırsaqların qüvvətsizliyi, sancılar, qida ilə zəhərlənmə zamanı, öd ifrazını aktivləşdirməklə bağırsağın yaxşı işləməsi üçün istifadə olunur.
 

İt:


Bərkimə, bağırsaq atoniyası, ekzokrin mədəaltı vəzinin çatışmazlığı. Öd ifrazının dəstəyi ilə bağırsağın yaxşı işləməsi üçün istifadə olunur.

 

Qablaşdırma: 10 ml, 20 ml, 25 ml,  30 ml, 50 ml,  100 ml və  500 milliqramlıq flakonlarda.

 

Dozalar və istifadə


Preparatı 1ml/10kq ədəd çəkiyə asta venaya yaxud əzələ dərinliyinə yeridirlər.
 


Xəstəliyin proqresləşməsinə əsasən müalicənin təkrarlanması qeyd edilən dozanın yarısını 12 saat sonra yaxud ümum dozanı 24 saatdan 7 günədək müddətdə qəbul etmək olar.
 


Saxlama şəraiti


300C-dan çox olmayan hərarətdə günəş şuasının olmadığı, uşaqlar üçün əl çətmayan  yerdə saxlanılır,
 
Yararlılıq müddəti: 3 il.

Danışaq შეიძინე ონლაინ