Tolitekst

Dərmanın forması: Ağızdan qəbul olunan toz, baytarçılıqda istifadə olunur.

 

Farmakoterapevtik qrupu: Müntəzəm qəbul olunan antibiotik vasitə, antibiotik. 

 

Hədəf növü:  Quşlar, hind quşları, donuz balası, dana, quzu, çəpiş.

 

İstehsalçı ölkə:  Bioteks, Gürcüstan.

 

Tərkibi: 1 q-dan ibarətdir: Tilozin-tartrat 1000mq.

 

İstifadə qaydaları

 

Tilozin-tartrat tozu istifadə olunur:

 

Quşlar – Tənəffüs orqanlarının mikoplazmozu və hind quşunun, sinüzit, cücə və  hind quşunun xronoloji tənəffüs orqanlarının infeksiyaları, toyuqlar və hind quşularının spiroketozları, nekrotik enterit və toyuqların  yoluxucu soyuqlamalarının profilaktikası və müayinəsi üçün istifadə olunur.

 

Donuz balası – Dizenteriya, bakterial etiologiyası qastroenterokolitlər, həmçinin bronx pnevmoniyasının profilaktikası və müalicəsi üçün istifadə olunur.

 

Dana, quzu keçi balası – Tilozinə qarşı həssas mikroblarla peyda olmuş dizenteriya, qastroenterokolitlər, bronx pnevmoniyası qarşısının alınması və müalicəsi üçün istifadə olunur.

 

Qablama forması:  0.5q, 25q-lıq polietilen flakonu və  250q-lıq polietilen qabında.

 


İstifadə qaydası və dozası:

 

Preparat heyvan və quşlara ağızdan verilir. Profilaktika və müayinə müddətində yalnız antibiotiq qarışığı su istifadə olunur.

 

Preparat əvvəlcə az miqdarda suda açılır. Sonra su dərmana əlavə edilir, dərman suya deyil. Hazır məhlulu lazımi miqdar əldə edilənədək suda açırlar.

 

Tənəffüs orqanı mikoplazmı və infeksial sinüsit profilaktıkası üçün preparatı aşağıdakı ölçülərdə təyin edirlər:

 

1 q tilozin tartrat 2 l içməli suda 3-5 gün ərzində növbəti qayda ilə qəbul edilir:

 

Damazlıq quş – Kürdlüyün ilk 72 saatı ərzində hər 1000 cücə üçün suya 35 q tirozit tartrat əlavə edirlər. 0,5q (yarım çay qaşığı) 1l suya. 1-3 ərzində profilaktika aparırlar.

 

1 ay keçdikdən sonra 1-3 gün ərzində preparatı yenidən eyni doza ilə verirlər.
Doğumundan 9-12 həftə sonra profilaktika məqsədi ilə 3 cü dəfə profilaktikadan keçirirlər. Bunun üçün preparatın 0,5q 1 litr suda açırlar. Profilaktika 1-3 gen davam edir. Elə eyni forma ilə 18-20 ci həftələrdə də eyni profilaktikanı keçirirlər.
Yumurta qoyan quşlar sənayesi- Profilaktika məqsədi ilə Yumurta qoyulandan 72 saat ərzində üzərində işləyirlər. Sonra 4 həftə və üçüncü dəfə isə quş 84-85 günlük olanda profilaktikadan keçirirlər.

 

Broyler – Profilaktik məqsəd ilə Yumurta qoyulandan 72 saat ərzində təkrarən isə 28-29 gün ərzində üzərində işləyirlər. 
Toyuqların tənəffüs orqanlarının mikroplazması ilə, xronoloji tənəffüs infeksiyaları ilə, Spiroketozla, nekroz enterit ilə yaxud infeksiyal soyuqlama xəstəlikləri zamanı3-5 gün ərzində müalicə kursu keçrilir. 0,5 q preparat 1 l içməli suda açılır.

 

Hind quşu – İlk 5 gün ərzində 12,5q tilozin tartrat verilir, 0,5q (Yarım çay qaşığı) 1 l içməli suda qarışdırılır. 1-3 gün ərzində. Bir ay sonra aşaıdakı hesab ilə profilaktikadan keçirirlər: 7,5q hər 100 hind quşuna, 0,5q nisbət ilə 1l suda.
Bu cür profilaktika 16 həftə yaşında da yetərlidir.

 

Hind quşunun tənəffüs mikroplazması ilə, xronoloji tənəffüs infeksiyası ilə, spiroketoz ilə, nekroz enterit ilə yaxud yoluxucu soyuqlama zamanı preparatı aşağıdakı hesabla verirlər: 5 gündən çox olmamaq şərti ilə 0,5 q preparat, 1l içməli su.

 

Donuz balası - Dizenteriya və qastroenteritlər müalicəsi üçün aşağıdakı dozalarda Tilozin Tartratı təyin edirlər: xəstəliyin ağırlığını nəzərə alaraq 0,25q (1/4 çay qaşığı) antibiotik 1 l içməli suya 3-10 gün ərzində (2-12mq/kq-ya hesabı ilə)

 

Dana, quzu keçi balası – Qastroenterokolit, dispepsiya və bronxopnevmoniya müalicəsi üçün preparatı aşağıdakı hesabla açırlar: 1q antibiotik 1l içməli suda açılmış (6-15mq/kq-a hesabı ilə) 3-8 gün ərzində.

 

Saxlama şərtləri: Quru, işıqdan qorunmuş, otaq temperaturunda saxlanılır.

 

Yararlılıq müddəti: 3 il.

Danışaq შეიძინე ონლაინ