Dərmanın forması: Dərinin müalicəsi üçün istifadə olunan məlhəm, baytarçılıqda istifadə olunur.
Farmakoterapevtik qrupu: Funqisid, ektoparazit vasitə.
Hədəf növü: Mal-qara və qoyun-keçi, tək dişlilər, donuz, it, pişik.
İstehsalçı ölkə: Bioteks, Gürcüstan.
Tərkibi: 1q məlhəmdən ibarətdir: Kreolin 0,12 ml, kükürd 0,375q.
İstifadə qaydaları
Heyvan dərisinin müxtəlif xəstəlikləri zamanı istifadə olunur: Trikofedia, mikrosporia, pavus, ekzema, dermatit, həmçinin nekrobakteriyoz, dırnaq çürüməsi, fsoroptoz və sarkoptoz (mun) zamanıda səmərəlidir.
Qablaşdırma forması: 20q və 500q polietilen flakonunda.
İstifadə qaydası və dozalar
İstifadə etməzdən əvvəl məlhəmi möhkəm qarışdırırlar. Çünki, dərmanı uzun zaman saxlayanda tərkibindəki komponentlər bir birindən ayrıla təbəqələr yarada bilərlər. zədəli yerə və 2-3 sm ətrafına nazik təbəqədə sürtülür, zədələnmiş səth gündə 1-2 dəfə təmizlənir, müalicə olanadək müayinə davam edir. Müalicədən sonra zədəli yer təmizlənir, qalıqlar böyüdülür. 10 gündən sonra zədəli yerin mikroskop ilə yoxlanılması vacibdir. Əgər xəstəlik tam keçməyibsə müalicə təkrarlanır.
Saxlama şərtləri
Preparat quru, işıqdan qorunmuş 25°C temperaturdan çox olmayan yerdə saxlanılır.
Yararlılıq müddəti: 2 il.