Dərmanın forması: İnyeksiya məhlulu, baytarçılıqda istifadə olunur.
Farmakoterapevtik qrupu: Antiparazit vasitə.
Hədəf növü: Mal-qara, dəfə, donuz, qoyun, keçi.
İstehsalçı ölkə: Bioteks, Gürcüstan.
Tərkibi: 1ml ibarətdir: İvermektin 10mq.
İstifadə qaydaları:
İnyeksiya məhlulu endo və ekto parazitlərə qarşı heyvandarlıqda, mal-qaranın, dəvənin qoyunun, keçinin və donuzun müalicəsi üçün istifadə olunur.
Mal-qara, dəvə: Endo və ekto parazitlərə qarşı: Mədə-bağırsaq nahiyəsinin nematodları Ostertagia ostertagi, O.lyrata, Haemonchus placei, Trichostrongylus axei, T. colubriformis, Cooperia oncophora, C. Punctata, C. pectinata, Oesophagostomum radiatum, Bunostomum phlebotonum (Yalnız yetkin formalar), Nematodirus helvetianus (Yalnız yetkin formalar), N Nematodirus spathiger (Yalnız yetkin formalar).
Ağciyər nematodları - Dictyocaulus viviparus (Yetkin formalar və inkşafın 4 cü mərhələdə olan qurdlar ).
Gənələr - (Parazitlərin üçüncü mərhələdə) - Hypoderma bovis, Hypoderma lineatum.
Əmici bitlər - Linognathus vituli, Haematopinus eurysternus, Solenopotes capillatus.
Gənələr - Sarcoptes scabiei, Psoroptes bovis (bovis).
Donuz – Endo və ekto parazitlərə qarşı:
Mədə - bağırsaq nayihəsinin nematodları (Yetkin və inkşafın 4 cü mərhələsində olan helmintlər) –Askarida suum, Hyostrongylus rubidus, Oesophagostomum spp. (Yalnız yetkin formalar ).
Ağciyər nematodları – Metastrongylus spp. (Yetkin formalar).
Bitlər: Haematopinus suis; Gənələr: Sarcoptes scabiei.
Qoyun, keçi : Endo və ekto parazitlərə qarşı:
Mədə-bağırsaq nahiyəsinin helmintləri (Yetkin və inkşafda olan) Haemonchus contortus, Ostertagia circumcincta, O.trifurcata, Trichostrongylus axei (Yalnız yetkin formalar), T.vitrinus (Yalnız yetkin formalar ), T. colubriformis, Nematodirus filicollis, Cooperia curticei, Oesophagostomum columbianum, O. venosum, Chabertia ovina, Truchuris ovis (Yalnız yetkin formalar ), Ağ ciyər nematodları (Yetkin və inkşafda olan): Dictyocaulus filaria, Protostrongylus rufescens.
Qoyun bora həşəratı: Oestrus ovis (Qurdların hər mərhələsində).
Gənələr: Sarcoptes scabiei, Psoroptes communis (Ovis).
Qablama forması: İneksiya məhlulu 5 ml-lıq şüşə ampulada 10ml, 20ml, 50ml, 100ml və 500 ml narıncı rəng şüşə flakonda.
İstifadə qaydası və dozası:
Preparat dəri altına, bir dəfə yeridilir.
Mal-qara, qoyun, dəvə, və keçi-
1ml biomektin inyeksiya məhlulu 50kq ə.ç-yə (Buda 0,2mq ivermektinin 1 kq ə.ç-yə bərabədir).
Donuz:– 1ml biomektin inyeksiya məhlulu 50kq ə.ç-yə yeridilir (Buda 1 kq 0,2 mq ivermektinin 1 kq ə.ç-yə bərabədir).
Saxlama şərtləri:
Quru, işıqdan qorunmuş 25°C temperaturda, uşaqlar üçün əlçatmaz yerdə saxlanılır.
Yararlılıq müddəti: 3 il.