Preparatın forması: Ağızdan qəbul edilən toz, baytarçılıqda istifadə olunur.
Farmakoterapik qrup: Parazitə qarşı vasitə, antikoksid preparat.
Hədəf növü: Broyler, cins quş, hind quşu, qaz, ördək.
İstehsalçı ölkə: Biotek, Gürcüstan.
Tərkibi: 1ml ibarətdir: 25 mq toltraz
İstifadə göstəriciləri
Broylerin, quş cinslərinin, hind quşunun, qaz və ördəyin koksidiozdan müalicəsi və profilaktikası üçün istifadə olunur.
İstehsal forması: 1ml şüşə ampulada, 100ml və 1l polietilen flakonda.
İstifadə qaydası və dozaları
Biokoks su ilə birlikdə 7mq toltraz quşun 1kq. ə.ç-yə (28ml 2.5% biokok məhlul 100kq ə.ç-yə), 2 gün ərzində istifadə olunur. Buda 1ml preparatın 1 litr içməli suda açılmasına bərabərdir. O, quşa 24 saat ərzində verilir, yaxud 3ml preparat 1 l içməli suda 8saat ərzində , 2 gün üst-üstə verilir. Xəstəliyin ağır forması davam edərsə müalicə kursu 5 gün sonra təkrarlanar.
Biokokun müalicə məhlulu öz aktivliyini 48 saat ərzində qoruyur. Preparat istifadə olunmazdan əvvəl silkələnməlidir.
Saxlama şərtləri: Quru, sərin, və işıqdan qorunmuş, preparad sıx qapalı zavod qablamasında 25°C temperaturda saxlanılır.
Yararlılıq müddəti: 2 il.