Dərman forması: Ağızdan qəbul olunan məhlul, baytarlıqda istifadə olunur.
Farmakoterapevtik qrupu: vitamin kompleksi.
Hədəf növü: Quşçuluq, ev heyvanları.
İstehsalçı ölkə: İnvesa, İspaniya.
Tərkibi:
Vitamin A - 100.000 m.e.
Vitamin D3 - 2.000 m.e.
Vitamin E - 2 mq
Vitamin B2 - 0,6 mq
Vitamin B6 - 0,6 mq
Vitamin PP - 6 mq
Natrium pantotenatı- 2 mq
Vitamin C - 20 mq
Vitamin K3 - 2 mq
Tamamlayıcı 1 ml-dək
Qablama forması: 1ml ampulada, 100ml polietilen flakonunda və 1l polietilen qabında.
İstifadə göstəriciləri
Quşlar:
Suda açılan və açılmayan vitaminlərin subklinik çatışmazlığı, profilaktikası və müayinəsi üçün, həmçinin fizioloji böyümə və inkşafın pozulması zamanı istifadə olunur. Yumurta qoymanın azalması zamanı, cücə yetişdirmə zamanı, ginekoloji xəstəliklərin müayinəsi zamanı da istifadə olunur.
Ev heyvanları: Təbii müqavimətin azalması zamanı, kalsium-fosfor maddələr mübadiləsinin pozulması, törəmə qabiliyyətinın azalması, qıcolmalar, artan embrional ölüm və dəri iltihabı zamanı istifadə olunur.
İstifadə qaydası və dozası
Hər növ heyvan üçün: 500 ml multivit 1000l içməli suya yada 1l multiviti 1çuval yeməyə qatılır. Ağızdan qəbul olunur, gündə bir dəfə. müayinə kursu 5-7 gün.
Saxlama şərtləri
Quru, sərin, işıqdan uzaq 5°C-dən 25°C-dək.
Yararlılıq müddəti: 2 il.