Biozan 500

Dərmanın forması: Baytarçılıqda istifadə olunan ağızdan qəbul olunan tablet.

 

Tərkibi:


Bir tablet ibarətdir: 375 mq oksiklozand, 125mq oksfendazol.


Köməkçi maddələr: Laktoza, nişasta, polietilen qlikol 600, talk,  maqnezium stearat, polovinil pirolidon.

 

İstehsal forması:

 

Polietilen flakonunda 50 və 300 tablet. 

 

Farmakoterapik qrup: Antiparazit, antihelmint vasitə.

 

İstifadə göstəriciləri

 

Biozan 500-un tərkibinə daxil olan (okliqlozanid okspendazol) iki geniş spektrli antihelmint maddələr kombinasiyası heyvanların tam dehelmintizasiyasını təmin edir.
Preparat enlipəncə heyvanların, qoyunun və keçilərin fassioloz, parampistomidozlar, monienioz, diktiolauloz, hemonkoz, ostertaqioz, trikostronqiloz, nematodiroz, kooperoyoz, ezofaqostomoz, bunostomoz xəstəlikləri zamanı istifadə olunur.

 

İstifadə qaydası və dozalar

 

Preparat enli pəncə heyvanlara, qoyunlara və keçiyə fərdi şəkildə, ağızdan verilir:

 

– Farmakoloji doza 10-15mq/kq ə.ç. oksiklozanid, 5-7,5mq/kq ə.ç. oksfendazol. 

 

Praktiki doza:  - Fassioloz,  diktiokauloz, hemonkoz, ostertaqoz, trikostronqiloz, nematodiroz, kooperyoz, ezofaqostomoz, bunostomoz- 1 tablet-35 kq ə.ç.
Moniezioz, paramfistomidozlar-1 tablet-25 kq ə.ç.

 

Əks göstərişlər:

 

Dərmanın enli pəncə heyvanların hamilə vaxtının ilk 3 ayında, zəifləmiş və xəstə heyvanlara verilməsi qadağandı.

 

Yan təsirləri: Düzgün dozalar ilə istifadə zamanı yan təsirləri olmur. 

 

Gecikmə müddəti:

 

Preparatın qəbulundan 28 gün sonra enli pəncə heyvanları, 21 gün sonra isə qoyunun kəsilib istifadə edilməsi mümkündür. Heyvanın südü isə dərmanın qəbulundan 5(10 dəfə sağımdan sonra) gündən sonra istifadə üçün yararlıdır.

 

Saxlama şəraiti:

 

Preparat quru yerdə, işıqdan qorunmuş, 15-250C artıq olmayan hərarətdə saxlanılır.

 

Yararlılıq müddəti:  3 il.


İstehsalçı ölkə: Bioteks, Gürcüstan.







Danışaq შეიძინე ონლაინ