Dərmanın forması: İneksiya məhlulu, baytarlıqda istifadə olunur.
Hədəf növü: Mal-qara.
İstehsalçı ölkə: İnvesa, İspaniya.
Tərkibi:
1ml ibarətdir: 75mkq D- kloprostenol (natrium duz),1mq xlorokreloz.
Qablaşdırılma forması:
20ml şüşə flakon. Qablamada beş flakon.
Farmakoterapevtik qrupu:
Prostaqlandinlər və hormonal preparatlar.
İstifadə qaydası və dozası
Mal-qara üçün, istifadə olunur, preparatı əzələyə aşağıdakı dozalarla daxil edirlər:
Dana və inəklərdə cinsi dövrün induksiyası üçün: 2ml galapan (150 mkq Alfa-kloprostenol) cinsi dövrün hər mərhələsində (inəklərdə dana gəlirindən 40-60 gün sonra). Heyvanları dölləşdirirlər, dölləşməyən heyvanlara preparatı eyni doza ilə son dəfə dərman verəndən 11 gün sonra təkrar verirlər.
Əgər dölləşmə cinsi dövrün əlamətləri olmadan baş verirsə, bu təqdirdə, heyvanı preparatın təkrar ineksiya olunmasından 72 və 96 saat sonra yenidən dölləşdirirlər. Müsbət nəticə əldə etmək üçün dölləşmə galapandan istifadə edəndən sonra ilk cütləşmə zamanı aparılmalıdır.
Luteal kistaların və persistent sarı bədənin müalicəsi-2 ml galapan ilə (150mkq Alfa-kloprostenol) cütləşməyə hazır heyvanları dölləşdirirlər. Heyvan cütləşməzsə preparat eyni doza ilə 10 gün sonra təkrar verilir və heyvanı preparat veriləndən 72 və 96 saatdan sonra dölləşdirirlər.
Endometritlər eksudativ formaların müayinəsi- 2ml (150 mkq Alfa-Kloprostenol) Simptomatik terapiya ilə birlikdə.
Dölün patologiyası zamanı hamiləliyin dayandırılması (hamiləliyin bütün mərhələlərində)-2 ml galapan (150 mkq Alfa-Kloprostenol) hamiləliyin 270 ci günündən gec olmadan.
Doğuş prosesinin modulu- Əzələyə 1 ml galapan (975 mkq Alfa-Kloprostenol) hamiləliyin 111 günündən tez olmadan.
Saxlama şərtləri və müddəti
Galapan quru, sərin, işıqdan qorunmuş 25°C temperaturda saxlanılır.
Yararlılıq müddəti: 2 il.