Dərmanın forması: İneksiya məhlulu, baytarçılıqda istifadə olunur.
Farmakoterapevtik qrupu: Hepatoprotektor və qaraciyərin fəaliyyətini yaxşılaşdıran vasitə.
Hədəv növləri: Quşlar, donuz, qoyun.
İstehsalçı ölkə: İnvesa, İspaniya.
Tərkibi
Sorbitol-200q, DL-Metion-10q, Kolin-xlorid-18,75q, maqnium sulfatı heptahidrat-10q, karnitin hidroxlorid-25q, polietilen qlikol-40q, distillə edilmiş su- 1l.
İstifadə göstəriciləri
Ev heyvan, donuz və qoyundarlıq üçün.
Preparat qaraciyərin normal fəaliyyət göstərməsinə imkan yaradan elementlərdən ibarətdir. Həmçinin mal-qaranın qidaya tələbinin artırılmasına səbəb olur. Maqnium çatışmazlığı zamanı, stres halların və infeksial xəstəliklər zamanı istifadə olunur. Quşçuluqda məhsuldarlığı artırır.
Qablama forması: 1 l polietilen şüşədə və 5 l qabda.
İstifadə qaydası və dozası
İçməli su yaxud qida ilə birlikdə ağızdan qəbul olunur.
0,125 - 0,250 ml 1 litr içməli su ilə yaxud 0,25 – 0,5 ml 1 kq yeməyə 5-7 gün ərzində.
Saxlama şərtləri
İşıqdan, istidən və nəmişlikdən müdafiə olunmuş yerdə saxlanılır.
Yararlılıq müddəti: 2 il.