RAKŞA HS+BQ

Pastereloz və emfizematoz karbunka qarşı inaktivləşmiş vaksin


Dərmanın forması: İnyeksiya məhlulu, baytarçılıqda istifadə olunur.


Farmakoterapik qrupu: Bioloji preparat.


Hədəf növü: Mal-qara, camış, buzov.


İstehsalçı ölkə: Indian Immunologicals Limited, Hindistan.


Tərkibi
 

Hər dozası (3ml) ibarətdir: Hemorak septisemiya və emfizemli karbunqlu antigen.


İstehsal forması: 90 ml Poliprofilen flakonda.
 

İstifadə göstəriciləri
 

Mal-qara, camış və buzovların hemorak septisemiyası (pastereloz) və emfizemli karbunk profilaktika.

İstifadə qaydası və dozalar


İlkin peyvəndləmə 6 ay yaşdan sonra aşağıdakı dozalarla keçirilir:

 

Bir dəfəlik 3 ml doza ilə. İnyeksiya dəri altına yeridilir. Kontaminasiya aradan qaldırılsın deyə inyeksiya olunacaq yerə əvvəlcədən yaxşı hazırlanmalıdır. İstifadədən əvvəl yaxşı silkələyin. Hər il revaksinasiya aparılır.


Revaksinasiya rejimi: Xoşxassəli olmayan fəsilsiz yağışlar, külək və digər iqlim şəraiti heyvanlarda stresə səbəb ola bilər. Ona görə də revaksinasiya müvafiq fəsildə aparılsa yaxşıdır


Dozanı keçmək mənfi təsir göstərmir. İkiqat doza belə heyvan üçün təhlükəsizdir.


Hamiləlik dövründə preparatdan istifadə:


Həmiləlik dövründə də preparatdan yararlanmaq olar. Amma istifadəçi hamiləliyin ilkin vaxtlarında ehtiyatlı olmalıdır ki, döl vaxtından əvvəl düşməsin.


Saxlama şəraiti və müddəti


Vaksinin saxlanması və gəzdirilməsi 2-80C hərarətdə mümkündür. Vaksinanı dondurmaq yolverilməzdir. Vaksina quru, qaranlıq yerdə saxlanılmalıdır.
 


Yararlılıq müddəti:
Saxlama şərtləri qorunarsa preparat hazırlandıqdan 24 ay ərzində yararlıdır.

Danışaq შეიძინე ონლაინ